Embed

Yeni il bayramı nədir?



Hazırda dünyanın əksər ölkələrində istifadə olunan miladi təqvim İsa peyğəmbərin doğum gününü tarix başlanğıcı olaraq əsas alır. 12 aydan ibarətdir: Yanvar, Fevral, Mart, Aprel, May, İyun, İyul, Avqust, Sentyabr, Oktyabr, Noyabr və Dekabr. Yeni il yanvarın 1-dən başlayır. İlk dəfə yeni il bayramının qeyd olunması IV əsrdə başlayıb. Xristianlığın ilk üç əsrində milad bayramı ənənəsi olmayıb. Bizans imperatoru Konstantin bütpərəst ikən Miladın 313 ilində xiristiyan oldu. Və Milad gecəsinin yeni il olmasını 336-cı ildə əmr etdi. Dekabrın 21-31-i arasında qeyd olunan ölümsüz Günəş Tanrısının doğum günü bayramını İsa əleyhissəlaç üçün işlətməyə başladı. Hz. İsanın doğulduğu il və gün əslində dəqiq bilinmədiyinə görə Miladın mənası, əfsanədən kənara gedə bilməməkdədir. İsanın doğum günü Qərbdə 25 dekabrda, Şərq və erməni kilsəsində isə yanvar ayının 6-da qeyd edilir. Müsəlmanların qeyri-müsəlmanlara bənzəmələri, və onların dinlərinin və ibadətlərinin əlaməti olan şeyləri etmələri doğru deyil. Hicri təqvimi isə

İslam Peyğəmbəri Hz. Məhəmmədin səllallahu əleyhi vəsəlləm Məkkədən Mədinəyə hicrətini başlanğıc qəbul edən və Ayın Dünya ətrafında dövr etməsini əsas alan təqvimdir. Hz. Məhəmməd və bərabərindəkilər, Hz. Əbubəkr radiallahu anhu ilə birlikdə Mədinəyə hicrət etmək üzərə Məkkədən ayrılmış, 4 gecə Sevr Mağarasında qalmış, Bazarertəsi günü Sevr Mağarasından Mədinə'yə doğru yola çıxmışlardır. 20 Sentyabr 622 Bazarertəsi günü Kuba kəndinə gəlmiş, burada Kuba Məscidini tikmiş və Cümə günü Mədinəyə doğru hərəkət etmişlərdir.


Hicri təqvimi də on iki ay əsasına dayanır və Məhərrəm ayı ilə başlayır və Zilhiccə ilə sona çatır. Hicri ayları bunlardır: Məhərrəm, səfər, rəbiüləvvəl, rəbiülaxır, cəmaziləvvəl, cəmazilaxır, rəcəb, şaban, ramazan, şəvval, zilqadə, zilhiccə. Məhərrəm Ayı, İslam ilinin birinci ayıdır. Məhərrəm ayının birinci günü, Hicri ilinin ilk günüdür.

Yorum Yaz
Bu içeriği paylaşın!
Arkadaşların Burada !
Arkadaşların Burada !