Embed

Yaponiya Sabirabadda xəstəxana tikəcək

Layihənin dəyəri $110,348 min təşkil edir

Martın 16-da Yaponiya hökumətinin qrantı hesabına Sabirabad rayonunda xəstəxananın inşası haqqında müqavilənin imzalanması mərasimi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiya səfirliyindən məlumat verilib.

Layihə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçiriləcək. Layihənin dəyəri $110,348 min təşkil edir.

Bu, Yaponiya hökuməti tərəfindən Sabirabad rayonunda həyata keçirilən beşinci layihədir. “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Azərbaycanda ümumi məbləği təxminən $12 mln. olan 155 layihə gerçəkləşdirilib.

Yorum Yaz
Bu içeriği paylaşın!
Arkadaşların Burada !
Arkadaşların Burada !