Embed

Türkiyədə Azərbaycanlı İş Adamları Birliyi qeydiyyata alınıb

Təşkilatın yaradılmasında məqsəd Türkiyədə çalışan azərbaycanlı iş adamlarına yeni biznes əlaqələrinin qurulmasında dəstək göstərməkdir

Türkiyə hökumətinin qərarı ilə baş ofisi İstanbul şəhərində yerləşən Azərbaycanlı İş Adamları Birliyi qeydiyyata alınıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təşkilatın yaradılmasında məqsəd Türkiyədə çalışan azərbaycanlı iş adamlarını bir qurumda birləşdirməklə, biznesə dair məsələlərin daha effektiv həllində, birlik üzvlərinin tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində, yeni biznes əlaqələrinin qurulmasında, informasiya mübadiləsində onlara dəstək göstərilməsidir.

Qeyd edək ki, 2011-ci ilin aprel ayında Türkiyədə Azərbaycanlı İş Adamları Birliyinin təsis yığıncağı keçirilib. Birliyin təşəbbüs qrupuna Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi, "Azərbaycan Hava Yolları" QSC, ARDNŞ, "Palmali Group", "Hazar turizm", "Farco Group" və s. kimi 16 təşkilat və şirkət daxildir. Təsis yığıncağında ARDNŞ-nin Türkiyədəki nümayəndəliyinin rəhbəri Seymur Ağayev Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin sədri seçilib.

Azərbaycan iş adamlarının analoji birliyi 2009-cu ildən Gürcüstanda da fəaliyyət göstərir. Bundan başqa, Gürcüstanda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəliyi fəaliyyətini uğurla davam etdirir. Hər iki qurum Gürcüstanda biznesin uğurla inkişaf etməsində əhəmiyyətli rola malikdir.

Yorum Yaz
Bu içeriği paylaşın!
Arkadaşların Burada !
Arkadaşların Burada !