Embed

"Rabitə" almanları Bakıya gəlmələrinə peşman etdi

Komandamız Çempionlar Liqasının qrup mərhələsində “Dresdner”i darmadağın edib

Qadın voleybolçulardan ibarət “Rabitə” klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib. “B” qrupunda mübarizə aparan xanım voleybolçularımız doğma meydanda Almaniyanın “Dresdner” komandasını qəbul edib.

Komandamız üçün bu matçda qələbə qazanmaq çox vacib idi. Çünki Zoran Qayiçin yetirmələri qrup lideri olmaq üçün son 2 matçda qələbə qazanmalı idi. Belə də oldu. 

Gərgin idman mübarizəsi şəraitində keçən ilk setdə voleybolçu xanımlarımız daha yaxşı təsir bağışladı. Bunun məntiqi nəticəsi kimi “Rabitə”nin yetirmələri ilk hissəni 25-17 hesablı qələbə ilə başa vurdu -1:0. 

İkinci setdə də ssenari dəyişmədi. Qonaqlar “Rabitə”nin 25 dəqiq zərbəsinə 17 dəfə cavab verə bildi - 2:0.

3-cü hissədə Zoran Qayiçin yetirmələri “Dresdner”i Bakıya gəlməyinə peşman etdi. Son, yəni həlledici setdə “Rabitə” qonaqları 26:16 hesabı ilə məğlub edərək darmadağının əsasını qoydu - 3:0. Bu qələbə ilə xal ehtiyatını 12-yə çatdıran “Rabitə” “B” qrupunda liderliyi ələ keçirib. 

Xatırladaq kı, “Rabitə” ılk oyununu evdə keçirmiş və Fransanın “Mulhouse” klubunu darmadağın etmişdi - 3:0. Ardından təmsilçimiz səfərdə Almaniya “Dresdner”inə gücünü göstərmişdi - 3:0. Lakin “Fənərbaxça” ilə səfərdə baş tutan oyunda Zoran Qayiçin komandası məğlubiyyətlə üzləşmişdi - 0:3. Buna baxmayaraq, son oyununda “Rabitə” “Fənərbaxça”nı məğlub yola sala bilmişdi - 3:1.

Yorum Yaz
Bu içeriği paylaşın!
Arkadaşların Burada !
Arkadaşların Burada !