“İştah açıcı” buterbrod

Göbələkli və pendirli isti qəlyanaltı

4-6 ədəd buterbrod üçün nəzərdə tutulub
Ərzaqlar:
4-6 dilim baton çörəyi
4-5 ədəd şampinyon göbələyi
1 ədəd soğan
50 qram pendir
1 dilim sarımsaq
mayonez
duz, istiot
Hazırlanma qaydası:
Baton çörəyini dilimlərlə doğrayın.
Pendiri sürtkəcdən keçirin.
Şampinyon göbələklərini yuyub, qurulayaraq, nazik uzunsov şəkildə doğrayın.
Sarımsağı yaxşıca əzin.
Soğanı xırda-xırda doğrayıb, bitki yağında qovurun. Sonra qızardılmış soğanın üzərinə şampinyonları əlavə edib, qarışdıraraq, 5 dəqiqə ərzində bişirin. Daha sonra üzərinə sürtkəcdən keçirilmiş pendir, əzilmiş sarımsaq, xırdalanmış göyərti və mayonez əlavə edib, yaxşıca qarışdırın. Duz və istiot səpməyi unutmayın.
Nəhayət, baton dilimlərin üzərinə hazırladığınız göbələkli və pendirli qarışığı qoyaraq, bərabər şəkildə yayın.
Hazırladığınız buterbrodları forma qabına düzüb (forma qabını yağlamayın), 180-190 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə ərzində bişirin.
Süfrəyə verərkən, öz zövgünüzə görə bəzəyin.

Yorum Yaz
Arkadaşların Burada !
Arkadaşların Burada !