Embed

“Gələcəyin avtomobili”

Avtomobil sürücünün səhhətinə uyğun idarə edilir

Yaponiyanın avtomobil və sənayə nəhənglərindən olan “Mitsubishi” Tokioda keçirilən “Tokyo Motor Show 2011” sərgisində “gələcəyin avtomobili”ni nümayiş etdirib. ANS PRESS-in dünya mətbuatına istinadən verdiyi məlumata görə, sərgidə “gələcəyin avtomobili” adı altında nümayiş olunna Emira modeli avtomobillər hər kəsin marağına səbəb olub.

Bu avtomobil sürücünün fiziologiyasına və səhhətinə görə idarə edilir. Sürücü sükan arxasında əyləşir, onun ürək döyüntüsünün sürəti və bədən hərarətinə görə avtomobil idarə olunur. Maşının içərisindəki hərarət və səs sürücünün sağlamlıq şərtlərinə görə avtomatik, yaxud əl ilə dəyişir.

Avtomobildə naviqasiya əməliyyatları üçün sürücünün əl izini tanıya bilən ekran, yeri dəyişdirilə bilən dinamik düymələr, “W” şəkilli sükan, bütün məlumatı əks etdirən göstərici paneli diqqəti cəlb edir. Mütəxəssislər bu maşının önümüzdəki 10 ilin bütün tələblərinə cavab verəcəyini deyirlər.

Qeyd edək ki, “Mitsubishi”nin gələcək modellərində elektriklə işləyən avtomobillərin istehsalçıların ixtiyarına veriləcəyi bildirilir.

Yorum Yaz
Bu içeriği paylaşın!
Arkadaşların Burada !
Arkadaşların Burada !