Embed

"Eurovision-2012"nin milli seçim turunun beşinci yarımfinalçısı

Dünən Azərbaycanın “Eurovision-2012”dəki təmsilçisinin seçilməsi üçün milli seçim turlarının 5-ci həftəsinin qalibi seçilib. APA-nın məlumatına görə, İctimai Teleradionun canlı efirində Azərbaycanı 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsində təmsil etmək istəyən növbəti “9-luq” 5 gün müddətində yarışıb. İştirakçılar bu müddət ərzində öz perfomanslarını tamaşaçılar və münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Həm münsif üzvlərinin, həm də tamaşaçıların səsverməsi ilə Elton İbrahimov həftənin birincisi olub.

Bu həftənin 2-ci yerində Azad Şabanov, 3-cü yerdə Aydın Eyvazzadə qərarlaşıb. Bu həftənin 4-sü Günay Əhmədova, 5-si Fidan Hüseynova, 6-sı Elnarə Kazımova, 7-si Samir Məmmədov, 8-si Yan Kaşepava, 9-su Süleyman Ağakişiyev olub.

Hər həftənin sonuncu günündə olduğu kimi bu gün də milli seçimlərin xüsusi qonaqları olub. Bu sırada ötən il olduğu kimi öz ad gününü milli seçimlərdə qeyd edən modelyer Fəxriyyə Xələfovanın adı xüsusi qeyd olunmalıdır. Müğənni Zamiq də öz ifası ilə seçim iştirakçılarına dəstək olub və onlara mübarizədə uğurlar arzulayıb.

Qeyd edək ki, iştirakçılar bazar ertəsindən cümə gününədək yayımlanan milli seçim şousunda səs imkanları və səhnə performanslarını göstəriblər. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunur. Daha 3 həftənin qalibləri növbəti mərhələyə-yarımfinala vəsiqə qazanacaq. Artıq beş yarımfinalçı məlumdur. Onlar Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov və Elton İbrahimovdur. Finalda isə Milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.

 

Yorum Yaz
Bu içeriği paylaşın!
Arkadaşların Burada !
Arkadaşların Burada !