Embed

Eurovision-2012 milli seçim turunun 3-сü yarımfinalçısı seçildi

Tamaşaçılar və münsiflər 9 iştirakçı arasında Xəyyam Mustafazadəyə üstünlük veriblər

Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün keçirilən milli seçim turunun üçüncü yarımfinalçısı məlum olub. ANS PRESS-in məlumatına görə, 9 iştirakçı arasında həm tamaşaçılar, həm də münsiflərin səsverməsi nəticəsində Xəyyam Mustafazadə birinci yeri olub. Sonrakı yerləri müvafiq olaraq, Altun Zeynalov, Anar Səfərov, Rövşən Əzizov, Rüstəm Əlləzov, Aysel Quluzadə, Fərid Ramazanov, Aytac Vəliyeva və Yelena Kərimova tutubla.
 
 İndiyədək üç yarımfinalçının adı məlum olub. Bunlar Orxan Kərimli, Mehriban Sadıqova və Xəyyam Mustafazadədir. 
 
 Finalda isə Milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Yorum Yaz
Bu içeriği paylaşın!
Arkadaşların Burada !
Arkadaşların Burada !