Eurovision 2012 "Bakı Kristal Zalı"nda keçiriləcək

 

Azərbaycanın ev sahibliyi edəcəyi Eurovision Mahnı Müsabiqəsi 2012-nin keçiriləcəyi məkan təsdiqlənib. 57-ci Eurovision Mahnı Müsabiqəsi Bayraq meydanında sürətlə inşa olunan «Bakı Kristal Zalı»nda baş tutacaq. Bu qərar bu gün  Eurovision Mahnı Müsabiqəsinin Məşvərət qrupunun  iclasında qəbul edilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsi üçün 3 məkan təklf olunurdu. Bunlar Tofiq Bəhramov adına Respublika stadionu,  Heydər Əliyev adına İdman-Konsert Kompleksi və Bakı Kristal Zalı idi.

Eurovision Mahnı Müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand bu qərar barədə fikirlərini bölüşüb: “Biz çox həyəcanlıyıq. Eurovision 2012 yeni konsert zalında keçiriləcək.”

Qeyd edək ki, Avropa Yayımları Birliyinin nümayəndələri bu gün “Bakı Kristal Zalı»nda olublar. Nümayəndələr aparılan tikinti işləri ilə yaxından tanış olublar və layihənin tikinti şirkətinin rəhbərləri ilə görüşüblər.  Avropa Yayımları Birliyi bu zalın ən yüksək standartlara cavab verdiyini bir daha bəyan edib.

Yorum Yaz
Arkadaşların Burada !
Arkadaşların Burada !