Ermənistan ordusu yenidən atəşkəsi pozub

Qarşı tərəf cavab atəşi ilə susdurulub

Ermənistan silahlı qüvvələri cəbhə xəttində atəşkəsi yenə pozub. Dünən və bu gün Ermənistanın Berd rayonunun Mososqerx və Noyenberyan rayonunun Voskevan kəndi istiqamətindən Tovuzun Əlibəyli və Qazaxın Quşçuayrım kəndində yerləşən mövqelərimiz atəşə məruz qalıb. Bundan başqa, Ağdamın Yusifcanlı və Füzulinin Qaraxanbəyli kəndləri yaxınlığından Silahlı Qüvvələrimizin üzbəüz mövqeləri müxtəlif saatlarda fasilələrlə atəşə tutulub. Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Yorum Yaz
Arkadaşların Burada !
Arkadaşların Burada !