Embed

Dünyanın ən hündür adamı daha böyümür

 

Adı "Ginnesin Rekordlar" kitabına düşmüş Sultan Kösənin boyunun artması dayanıb

Dünyanın ən hündür adamı, adı “Ginnesin Rekordları” kitabına düşmüş əslən türk olan 29 yaşlı Sultan Kösənin boyunun artması dayanıb. “News-medical.net”in verdiyi məlumata görə, hazırda boyu 2.5 metr olan bu adamın boyunun artmasının qarşısının alınmasına səbəb onun üzərində aparılan ağır əməliyyat olub. 

 

Yeri gəlmişkən, S.Kösən “Ginnesin Rekordları” kitabına həmçinin dünyanın ən böyük ovuclarına (28.5 santimetr) və pəncəsinə (36.6 santimetr) sahib olan insan kimi düşüb. Kösənin bu cür boya malik olmasına səbəb onun bədənində bədxasiyəli şişin olmasıdır. 

Belə ki, bu şiş hələ uşaqlıq yaşlarında özünü göstərib. Bu səbəbdən onun boy artma hormonları anomal dərəcədə ikişaf edib. 

Yorum Yaz
Bu içeriği paylaşın!
Arkadaşların Burada !
Arkadaşların Burada !