Embed

Detroytda beynəlxalq avtomobil sərgisi keçirilir

Sərgidə avtomobil sənayesi nəhənglərinin ən yeni modelləri nümayişə çıxarılıb

ABŞ-ın avtomobil paytaxtı Detroytda açılan ənənəvi beynəlxalq maşın  şousunda ilin ən yaxşı avtomobilləri nümayiş olunub. Ən böyük avtomobil sərgilərindən biri olan Detroyt avtoşousunda Volswagen, Porsche, BMW və Mersedes ən nəhəng ekspozisiyalarını nümayiş etdirib. Volswagen yeni Passat modelini təqdim edib.
Minik avtomobillərinin yeni modelləri arasında  dizaynı və texnoloji yenilikləri ilə birinci yeri Hyundai Elantra tutub. Yolsuzluq şəraitində hərəkət edən avtomobillər arasında isə  Range Rover Evoque  istehlakçılarn rəğbətini qazanıb.
 
 
 
 
Dünyanın aparıcı avtomobil şirkətləri sərgi iştirakçılarını öz yenilikləri ilə heyrətləndirməyi də bacarıblar. Şou zamanı “Fusion”un yeni biznes sedan modelini təqdim edən  Ford bu yeni maşının 3 modifikasiyada-yanacaq, hibrid və elektriklə işləyən modellərini satışa çıxarmaq niyyətindədir. Fusionun yeni modelləri Avropa bazarına bu ilin ortalarında çıxarılacaq. Yeniliklər arasında almaniyali avtomobil mühəndislərinin hazırladıqları BMW-nin hibrid versiyası da diqqət çəkib. 
Mersedes Benz isə Detroyta  SL-klass idman avtomobilinin yeni nümunəsi ilə təşrif buyurub. Porcshe 911 KUPE-nin iki yeni variantı bu dəfə də avtomobil həvəskarlarının ürəiyncə olub. 
 
 
 
 
Chryslerin nümayiş etdirdiyi yeni Dodge Dart sedanının da kosmos əsrinin sürücülərin əsas tələbatını ödəyəcəyi güman edilir. İdman seriyasından olan daha bir avtomobili  Audi  şirkəti təqdim edib. Yeni Q3 modeli şouda gözləniləndən də artıq marağa səbəb olub. Yolsuzluq şəraitində hərəkət edən avtomobil olan Q3 Amerikanın dağlıq istirahət zonasının şərəfinə Veyl də adlandırıla bilər. 
Qeyd edək ki, Detroyt avtosalonu dünyanın ən nəhəng avtomobil sərgilərindən sayılır və məhz bu sərgi "avtomobil ili"nin başlanğıcını qoyur. Çünki ilin ən prestijli maşınları məhz bu sərgidə nümayiş etdirildikdən sonra çatışa çıxarılır.
 
 
 

Yorum Yaz
Bu içeriği paylaşın!
Arkadaşların Burada !
Arkadaşların Burada !