Çay şux qalmağınıza kömək edir

Hətta düzgün qidalanmasanız belə

İtv.az “The Daily Mail”-a istinadən xəbər verir ki, qeyri sağlam ərzaqlara meyl göstərməyinizə baxmayaraq, çay çəkinizi saxlamağa kömək edir. Belə bəyanatla Yaponiyanın Kobe Universitetinin alimləri çıxış ediblər. Yaponiyalı alimlər həmçinin, aşkar ediblər ki, mütəmadi çay içmək həm də yağlı qidaların qəbulu sayəsində əmələ gələ biləcək 2-ci tip diabeti önləmək üçün qandakı dəyişikliklərin inkişafının qarşısını alır. Bu qənaət artıq gəmiricilər üzərində sübuta yetirilib. 
Ümidverici nəticələrin əldə olunmasına baxmayaraq, müstəqil ekspertlər məsələyə hələlik skeptik yanaşırlar. Axı, bütün təcrübələr insanların yox, gəmiricilərin üzərində aparılıb. Bununla yanaşı qeyd etmək lazımdır ki, əbəs yerə çayın möcüzəli təsirə malik olduğu deyilmir. Alimlər sübut ediblər ki, çay ürək- damar, xərçəg və Parkinson xəstəliyinə yoluxma riskini azaldır.

Yorum Yaz
Arkadaşların Burada !
Arkadaşların Burada !