Embed

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

REAL MIX-in kollektivi bu münasibətlə xalqımızı təbrik edir

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Artıq 19 ildir ki, bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın azərbaycanlı qeyd edir. Düz 22 il bundan əvvəl, 1989-cu ildə Ordubaddan tutmuş Şəruradək sərhəd dirəkləri sökülməyə başlayıb. Naxçıvanda bir qucaq sökülmüş məftil, sonradan gül çələngi kimi Bakıda konfransa toplaşan hərəkat liderlərinə hədiyyə edilib. Həmin gün dünyanın ən gözəl çiçəkləri kimi hamı o məftilləri bağrına basıb. Elə həmin tarixdə İstanbulda sərhəd hadisələrinin ildönümünü qeyd edildi. Hər şey də o tarixdən başlandı. İstanbulda Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasına dair qərar verildi. İki il ötdü,1991-ci ilin dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edildi. 1992-ci ildə isə bu qərarın rəsmi qəbulu ili oldu. O zamandan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabrda qeyd olunur.

Hansı ölkədə yaşamasından asılı olmayaraq, vətənini Azərbaycan sayan hər bir insan bu gündə həmrəylik nümayiş etdirir və ya etdirməlidir.

REAL MIX-in kollektivi bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edir. Bayramınız mübarək!

Yorum Yaz
Bu içeriği paylaşın!
Arkadaşların Burada !
Arkadaşların Burada !