Embed

Bir Körpənin Gündəliyi

 

5 Oktyabr: Bu gün var edildim. Buradayam. Varam. Müdhiş bir duyğu bu. Var olduğumu hələ anam və atam bilmir.

Bir alma nüvəsindən belə kiçiyəm. Amma nə də olsa, mən mənəm. Varam ya! Bu mənə çatır. Hələ bədənim müəyyən deyil.Naməlum üzüm yoxduramma, varlığımı və mənliyimi hiss edə bilirəm. Bir qız olacağam və baharda çiçəkləri sevəcəyəm.

19 Oktyabr: Bir az böyüdüm. Tərpənməm mümkün deyil. Anam hələ fərqində deyil amma onun qanıyla doyuram. Ürəyini gəzib gələn isti qan mənə gəlir. Məni sevəcək bir ürəyin tərpənmələrini indidən hiss edirəm. Anam məni çox sevəcək. Anam üçün gözəl bir sürpriz olacağam.

23 Oktyabr: Heç görə bilmədiyim bir əl, ağız formalandırmağa başladı. Dodaqlarımda onun toxunuşunu hiss edirəm. Bu "əl"in toxunduğu yerlər dodağım, ağzımdır. Düşünün bir il sonra bu əlin toxunduğu yerdə təbəssümlər açacaq, güləcəyəm. Dodağımdan və dilimdən sözlər töküləcək. Hərhalda əvvəl "Ana!" deyəcəyəm. Ana eşidirsənmi məni? Səninlə danışacağam. Sənə güləcəyəm. Kimilərinə görə hələ yoxam, Necə olar? Varam və gülücüklər təqdim edəcək dodaqlarım da olmaq üzrədi, Həm sonra bir çörək qırıntısı nə qədər kiçik olursa olsun yenə çörəkdir. Elə deyilmi anacım? Ah bir danışa bilsəm!

27 Oktyabr: Bu gün çox xoşbəxtəm. İçimdə şirin bir tərpənmə başladı. Artıq bir ürəyim var. Ürəyim atmağa başladı. Həyatım boyunca belə atıb dayanacaq. Sevgilərlə dolduracağam ürəyimi. Eynilə anamınkı kimi… Anam bədənində iki ürəyin birdən atmağa başladığını bilsəydi nə qədər sevinərdi! eşidirsənmi ana?

2 Noyabr: Hər gün bir az daha böyüyürəm. Qollarım və qıçlarım da formalanmağa başladı. Hələ bir böyüsün qollarım bax necə qucaqlayacağam səni anacım. Bu ayaqlarım da tamamlansın, birlikdə çiçəkli bağçamıza gedərik. Bəlkə birlikdə məktəbə gedərik.

12 Noyabr: Ah bəli, Bunlar, bunlar nə qədər sevimli və kiçik şeylər. Aman Allahım barmaqlarım da çıxmağa başladı. Bunlarla çiçək yığacağam, anamın əlini tutacağam, qələm tutacağam. Bəlkə də gözəl bir şeir yazacağam. Anacım, oradasanmı? Əllərimi əllərinin arasına qoymaq üçün səbirsizlənirəm.

20 Noyabr: Oh, nəhayət.. Anamhəkimə getdi. Burada olduğumu öyrəndi.. Yaşasın! Həkim xala xüsusi bir cihazla gördü məni. Ultrasyon deyirlərmiş. Şəkilimi belə çəkdi. Sevinmirsənmi anacım? İlə qalmaz qollarının arasında olacağam.

25 Noyabr: Artıq atam da burada olduğumu bilir. Lakin hələ qız olduğumun fərqində deyillər. Onlara sürpriz edəcəyəm..

10 Dekabr: Bu gün üzüm tamamlandı. Artıq iki gözəl gözüm, bir kiçik burnum, dodaqlarım və yanağım var, Anama bənzəyirəm yəqin.

13 Dekabr: Artıq ətrafıma baxa bilirəm. Ətrafım çox qaranlıq amma olsun. Yenə də xoşbəxtəm. Yaşayıram və varam. Qısa bir müddət sonra gün işığını görə biləcəyəm, rəngləri və çiçəkləri tanıyacağam. Yuxumda gördüm. Dünyada göyqurşağı deyə bir şey varmış.. Ona çox maraqlanıram.. Anacım, atacım sizin üzünüzü də görəcəyəm. Tanış olacağıq,. Xoşbəxt olacağıq. Gülüşəcəyik..

24 Dekabr: Qulaqlarım daha yaxşı eşidir artıq. Anacım, sənin ürəyinin səslərini eşidirəm. Mənim ürəyimin atışlarını da sən eşidə bilirsənmi? Hətta səsini belə tanıya bilirəm. Səsin nə qədər şirindi, Heç eşitmədiyim bir şey bu, Gözəl və sağlam bir qız olacağam. Qollarında yatacağam, üzünə baxacağam, o şirin səsini dinləyəcəyəm. Mənim üçün ninni də söyləyəcəksənmi anacım? Sən də mənim üçün darıxırsan mütləq, Məni iyləyəcəksən.. Çox sevəcəksən, deyilmi?

28 Dekabr: Ana burada bir şeylər olur. Həkim bacı niyə pis baxır belə?… Sən ağrı hiss edirsən? Ürək səslərin dəyişdi… Susdun. Mənimlə niyə danışmırsan ana? Ana, Ana, Anacım, Üzümdə soyuq bir şey hiss edirəm. Ana, üzümü parçalayırlar… Ana bir şeylər elə, Ana, Qolumu çəkirlər ana, Canım yanır ana… Ana, Ayaqlarımı parçalayır bu şey ana… Məni sənə bağlayan damarı qopardılar ana, Ana ürəyimi parçalayırlar, Anacım, Ana, Ana, Ann, An………….

-Abort əməliyyatınız tamamlanmışdır xanım…… Keçmiş Olsun!

 

Yorum Yaz
Bu içeriği paylaşın!
Arkadaşların Burada !
Arkadaşların Burada !