Embed

Bir gin ölsəm, nə olar? (hekayə)

 

 
Soyuqdur...Çox soyuqdur...
Havadayam yoxsa havayam başa düşə bilmirəm...
Varla yox arasındayam sanki...
Elə bil külək bədənimdən keçir...
Ora toplu insanlar yığışıb,qəza olub deyəsən,gedim baxım...
Kimsə var orda,bir qız var deyəsən cavan bir qız...
Ora yaxınlaşdıqca insanların danışığını eşidirəm:"Çox gənc qızdı,deyəsən ölüb...
Yerdə qan var, qızın saçları yerdə qanı silməyə çalışır sanki küləklə...
İnana bilmirəm......bu qız mənəm...yəni öldü......
Öldümmü mən? Axı mənim hələ 20...

Qışqırıqlar duyuram evdə...
Yaşlı gözlər var,təəccüblü və kədərli...
Hər kəs ağlayır...Bizim evdə heç bu qədər insan olmamışdı...Bizim evdə heç bu qədər göz yaşı axıdılmamışdı...Heç bu qədər kədər olmamışdı özümü ən rahat hiss etdiyim evimizdə...
Bəzi insanları tanıyıram,bəzilərin isə heç tanımıram...
Qəribədi heç tanımadığım insanlar mənim üçün göz yaşı tökürlər,ağlayırlar...
Heç kim inanmır...Hər kəs bunun bir yuxu olduğun deyir...Yoxsa mən yuxu görürəm?

Atamı görürəm...Tək qalmaq istədiyin deyib hamıdan çox uzağa gedib...
Yanına yaxınlaşdıqca hönkürtü duyuram...Atamın gözlərində yaş var...Qızım deyə-deyə ağlayır...
İlk dəfədi onu ağlayan görürəm...Mənim atam ağlamazdıki hətda bəzən mənə sulugöz deyərdi...
Mən isə sənin gözlərində quraqlıqdır deyib zarafat edərdim onunla...
Quraqlıq deyilmiş,dolmuş buludlar kimi ağlayırsan ata...


Artıq ağlayış,hönkürtü duymaq istəmirəm...Mənim üçün heç kim ağlamasın...
Gülümsəyin...Mənim üçün gülümsəyin istəyirəm...

Evimizdə sakitlikdir bu gün...Sükut çöküb evimizə...Evimizin axırıncı dəfə nə zaman bu qədər sakit olduğunu xatırlamıram...

O hardadı görəsən?Nə edir görəsən?...
Yanına gedəcəm...Qıraqdan seyr edəcəm onu,bu bir neçə gün ərzində heç onu görmədim...

Onun otağındayam indi...sakitcə öz yerində uzanıb tavana baxır...
Yaxınlaşmaq istəyirəm,toxunmaq istəyirəm üzünə...Ama edə bilmirəm sanki hansıa qüvvə yaxınlaşmağıma icazə vermir...
Ağlamır ama gözlərində bir qəribə baxış var...
Həmişə mənə sevgi dolu baxan gözlər mənim şəklimə bir qəribə baxır indi...
Sanki üzərimə qışqırmaq istərmişcəsinə,məni yalnız buraxdın deyərmişcəsinə...
Yerindən qalxdı,mətbəxə yaxınlaşır,5 dəqiqə keçməmiş yenidən qayıtdı və qapını bağladı...
Əlində...əlində bir bıçaq var...
Başa düşmürəm nə edəcəkki o bıçaqla???
Bıçağın itiliyin yoxlayır...Yox,mən nə düşünürəm,o bunu etməz,mümkün deyil...
Qoluna yaxınlaşdırdı...
Bunu edə bilməzsən...Dayan nə edirsən sən???Bunu etsən səni bağışlamayacam...
Qolundan qan axır,fasiləsiz,bütün hər yeri bulayan qan...Divarlar,ağ yorğanı,yastığı qıpqırmızı al qana boyandı...
Yox mən buna dözə bilmərəm!


Bu nə səsidi belə başıma işləyir,biri bu səsi durdursun...
Bu axı bu budilnik....
Deməli bunlar hamısı yuxu idi?..Ölməmişəm,o sağdı,heç kim ağlamır,evimiz hər zamanki qəhqəhə səsli evimiz...
Gedim anamı,atamı bütün evdəkiləri öpüb,qucaqlıyım...Hamı necə normal qarşılıyır,heç kim sevinmir...Siz bilsənizki mən ölümdən dönüb gəlib sizi öpürəm görəsən ondada normal qarşılayacaqsınız?
Ona zəng edim...Onun səsini eşitmək necədə xoşdu...
Bax mənə nə vaxtsa bir şey olsa bilki hər zaman səninlə olacam.Həyatda olmasamda,həyatında olacam...Bir dəlilik etsən səni heç bir zaman bağışlamayacam...Mənə söz ver!
Başa düşmədim...Sənə bir şey olsa mən yaşaya bilmərəm...Ölümün adın çəkmə!
Mənə söz verki nə vaxtsa bir şey olsa bir dəlilik etməyəcəksən...
Bu hardan çıxdı?Hardan ağlına gəlir e belə şeylər?
Gülmə!Söz ver!
Yaxşı söz verirəm Allah eləməsin sənə bir şey olsa bir dəlilik etməyəcəm.Səni çox sevirəm balaca...
Bilirəm əzizim,bilirəm...

Yorum Yaz
Bu içeriği paylaşın!
Arkadaşların Burada !
Arkadaşların Burada !