Embed

Bakıda “Arxeoloji Park” açılacaq

Park İçəri Şəhərdə yerləşir

 

İçəri Şəhərdə “Arxeoloji Park”ın açılışı olacaq. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, İçəri Şəhərdə “Arxeoloji Park”adlı istirahət guşəsinin və məşhur rəssam Əzim Əzimzadənin burada qoyulmuş büstünün açılış mərasimi dekabrın 21-də keçiriləcək.
 
 “Arxeoloji Park” Bakı sakinlərinin və şəhərimizin qonaqlarının İçəri Şəhərdə vaxtlarını xoş və səmərəli keçirmələri, tarixi irsimizi və zəngin mədəni keçmişimizi təbliğ etmək məqsədi ilə yaradılıb. 
 
 Burada 1982-85 və 2010-cu illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş, X-XIII əsrə aid olan arxeoloji tapıntı sahələri konservasiya olunmuş, ətrafı abadlaşdırılıb. Parkın mərkəzində məşhur heykəltəraş Ömər Eldarovun müəllifi olduğu Azərbaycanın xalq rəssamı, karikatura sənətinin banisi Əzim Əzimzadənin büstü və qəhrəmanlarının fiqurlarından ibarət kompozisiya yer alır. Bu qəhrəmanlar köhnə şəhər tipajlarını özündə əks etdirir və İçəri Şəhərin abu-havası ilə vəhdət təşkil edir.
 
 Açılışda Nəfəsli Alətlər Orkestrinin ifasında Üzeyir Hacıbəyovun əsərlərindən ibarət maraqlı konsert proqramı olacaq, tədbirin tərkib hissəsi kimi Kiçik Karvansara abidəsində dahi rəssam Əzim Əzimzadənin əsərlərindən ibarət sərgi təşkil ediləcək.

Yorum Yaz
Bu içeriği paylaşın!
Arkadaşların Burada !
Arkadaşların Burada !