Embed

Azərbaycan muğamının növbəti uğuru

BBC-3 radiosunun növbəti layihəsində 3 azərbaycanlı sənətçinin adı hallanır

Bir milyondan çox dinləyici auditoriyası olan BBC-3 radiosunun növbəti layihəsində 3 nəfər azərbaycanlı sənətçinin adı hallanır. ANS PRESS-in məlumatına görə, bunlar xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova, eyni zamanda son illər uzaq ölkələrin səhnələrində uğurlu çıxışlar edən xanəndə Qoçaq Əsgərovdur. 

BBC-3 radiosu ən çox dinlənilən dünyaca yaxşıların ifasını ikili diskə toplayaraq satışa çıxarıb. Bu satış dünyanın əksəriyyət ölkələrində təşkil edilib. Qısa zamanda dinləyici tələbatını nəzərə alan təşkilat komitəsi diskin 6 aydan bir tirajını artırmağa qərar verib. 

Qoçaq Əsgərov ANS PRESS-ə açıqlamasında, sözügedən radio nümayəndələri ilə tanışlığının 2007-ci ilə təsadüf etdiyini deyir: "Bakıda səfərdə olan bir qrup şəxs mənim ifamı dinlədikdən sonra elə burada lentə yazdırdılar. Diskə Alim Qasımov və Fərqanənin ifasında iki xalq mahnısı, mənim ifamda isə "Ay qız" xalq mahnısı və "Şahnaz" muğamını daxil edilib".

Q.Əsgərov hələlik həmin buraxılışdan bir diskə sahib olduğunu deyir. Gənc xanəndə onun ölkəmizdə satışının təşkil ediləcəyinə ümid edir.

Yorum Yaz
Bu içeriği paylaşın!
Arkadaşların Burada !
Arkadaşların Burada !