ABŞ-da yaşayan azərbaycanlılar yeni kampaniyaya start verib

20 Yanvar faciəsi ABŞ Konqresinin gündəminə gələcəyi təqdirdə, diasporumuzun mövqeyi də nəzərə alınacaq

ABŞ-da yaşayan azərbaycanlılar 20 yanvar hadisələrinin 22-ci ildönümünü ilə bağlı yeni məktub kampaniyasına start verib. Amerika Azərbaycanlıları cəmiyyətinin sədri Tomris Azəri bildirib ki, kompaniya çərçivəsində ABŞ prezidenti, vitse-prezidenti, o cümlədən konqresmenlərə məktublar göndərilib. Məktublarda diaspor üzvləri bir daha xatırladıblar ki,  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 170 azərbaycanlı öldürülüb, 321 itkin düşüb, 700-dən çox adam yaralanıb. "Parlamentə, prezidentə məktub göndərdik. Bir sıra mediada çap olunmağa başladı. Artıq cavab da gəlib. Konqresmenlər bildirir ki, əgər konqresdə bu məsələ gündəmə gələrsə, bizim də görüşümüzü nəzərə alacaqlar." Tomris Azəri belə deyib. Onun sözlərinə görə Amerikadakı Azərbaycan diasporu 20 yanvar faciəsinin növbəti ildöünümü ərəfəsində bəzi ştatlarda anım tədbirləri də keçirməyi planlaşdırır."Toplantılarımız, yığıncaqlarımız olacaq. Texasda, Nyu-Yorkda, Vaşinqtonda keçiriləcək. Bir daha faciə barədə məlumat verəcəyik. " 
 
Qeyd edək ki, Azərbaycan diasporu Amerika rəsmilərindən ötən il Texas qanunverici orqanının etdiyi kimi qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi və protokola salmaqla bəyanat verməyi  də xahiş edib.

Yorum Yaz
Arkadaşların Burada !
Arkadaşların Burada !